0
Thursday 27 January 2011 - 14:56

ADNA hadisələrində təqsirləndirilən şəxsi toka veriblər

Story Code : 52177
ADNA hadisələrində təqsirləndirilən şəxsi toka veriblər
ADNA hadisələrində təqsirləndirilən şəxsi toka veriblər
Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2009-cu ilin aprelində baş verən kütləvi qətliamla bağlı təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Gürcüstan vətəndaşları Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanovun, 11 il cəza alan Ariz Qabulovun apelyasiya şikayəti üzrə məhkəmə keçirilir.
Dünənki prosesdə Nadir Əliyev zalda qolu qandallı saxlanılmasına etiraz edib dedi ki, digər təqsirləndirilənlərdən ayrı saxlanıldığı üçün onun qoluna qandal vurulur: “Məni də onlarla eyni barmaqlıqlar arasına salın və qandalı açın. Təcridxanada da onlarla görüşürəm, heç bir problemimiz yoxdur”.
Hakim N.Əliyevin narazılığını haqlı saydı və prosesin iki qəfəsli zalda davam etdirilməsi üçün 5 dəqiqə fasilə elan etdi. Fasilədən sonra N.Əliyev prokurorun suallarını cavablandırdı. Dedi ki, terroru törədən Fərda Qədirovu tanımayıb, Qədirov Gürcüstanda terrora hazırlaşanda o, Ukraynada olub: “Məni Fərda ilə terrora hazırlaşmaqda ittiham edirlər. Qədirov 2008-ci il, noybarın 15-də Gürcüstandakı evlərində məşq edərkən çəkdirdiyi videoçəkilişdən xəbərim olmayıb. Onda Ukraynada olmuşam. Bunu sübut etmək üçün anamın əmisi oğlu Qurban Qurbanov məhkəməyə dəvət edilməli, onun ifadəsi ilə məsələyə aydınlıq gətirilməlidir”.
N. Əliyev dedi ki, ondan işgəncə altında ifadə alınıb: “Əllərimə baxın, görün məni nə günə salıblar. Bu ifadələri almaq üçün məni göydən asaraq üç gün döyüb, Fərdanın silahı hardan aldığını soruşublar. ”Bilmirəm" deyəndə yenə döyüblər. Axırda məcbur olub Fərdanın silahı Bakıdan aldığını demişəm. Məni 3 gün Bakıdakı ovçular mağazalarını gəzdirdilər. Sonra da sübut etdilər ki, Fərda silahı Gürcüstandan alıb".
N. Əliyev hadisə zamanı ADNA-nın yanında olması barədə ifadəsinə də aydınlıq gətirdi: “O ifadələri məndən göydən asılı vəziyyətdə alıblar. Məni asmaqla, işgəncə verməklə ürəkləri soyumadı. Onlar cinsiyyət orqanlarımı toka verib, namusuma toxunub, məni butulka üstündə oturdub ifadə alıblar. Bunları da ”bandotdel"də Teyyub, Müzəffər adlı şəxslər edib".
Proses fevralın 9-da davam etdiriləcək. /Musavat/
Related Stories
Comment