0
Thursday 27 January 2011 - 15:32

Medvedev ABŞ-ı qəzəbləndirdi

Story Code : 52180
Medvedev ABŞ-ı qəzəbləndirdi
Medvedev ABŞ-ı qəzəbləndirdi
Rusiya prezidenti Dimitri Medvedev Davosda keçirilən İqtisadi forumda iştirak edib. Bir müddət əvvəl isə Rusiyanın Domodedovo aeraportunda baş vermiş terror hadisəsinə görə Medvedevin Davosa səfərindən imtina etdiyi xəbəri yayılmışdı, - "Anadolu" agentliyi xəbər verir.
Medvedev İqtisadi forumda çıxışı zamanı ABŞ-ı qəzəbləndirəcək ifadələr işlədib. Dimitri Medvedev "İranın nüvə silahı istehsal etməsinə dair heç kimdə bir sübut yoxdur" ifadəsini işlədib. Rusiya prezidenti, həmçinin İran prezidenti Mahmud Əhmədinejadla görüşü zamanı Əhmədinejada "Ölkənizin nüvə fəaliyyətinin sülh məqsədlərlə olduğunu açıq şəkildə nümayiş etdirin", - deyib.
Xatırladaq ki, İstanbul şəhərində keçirilən "5+1" formatlı görüşdən əvvəl, İran hökuməti dünya ölkələrinə onun nüvə obyektlərini yoxlamaq üçün qapılarını açmışdı. /Deyerler/

Comment