0
Tuesday 15 March 2016 - 19:06

Rusiya qırıcılarının ilk qrupu Suriyanı tərk etdi

Story Code : 527730
Rusiya qırıcılarının ilk qrupu Suriyanı tərk etdi
Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, sözügedən qırıcılar bu gün Rusiyanın Suriyada Xmeymim bazasını tərk ediblər. Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər ki, Tu-154 təyyarəsi və bir neçə Su34 qırıcısı artıq Rusiyaya geri dönüb. Eyni zamanda təyyarələrin personalı da Rusiyaya geri dönüb.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin Rusiyanın Suriyada yerləşdirdiyi əsas qüvvələrin geri çağırılmasına dair əmr verib.
Source : Deyerler
Comment