0
Friday 4 February 2011 - 08:25

"Xalqa qarşı gəlmək - bu elə çayın axarını dəyişmək cəhdinə bənzəyir"

Story Code : 53234
Rəcəb Təyyib Ərdoğan
Rəcəb Təyyib Ərdoğan

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan yenidən Misirlə bağlı açıqlama verib.
"Xalqa qarşı gəlmək - bu elə çayın axarını dəyişmək cəhdinə bənzəyir. Əvvəl, ya axır xalqın dediyi olacaq. Biz Misirin daxili işlərinə qarışmaq niyyətində deyilik, ancaq Yaxın Şərq onillərdir ki, müxtəlif sınaqlardan keçir. Bundan region ölkələrinin xalqı əziyyət çəkir. Türkiyə Yaxın Şərq hadisələrinə kənardan baxacaq dövlətlərdən deyil", Ərdoğan jurnalistələrə açıqlamasında bildirib.
Baş nazir "Misir inqilabının digər ölkələrə keçə bilərmi?" sualına cavab verərkən, demokratiya məsələsini önə çəkib, SalamNews türk KİV-lərinə istinadən xəbər verir.
"Əl-Cəzirənin yayımladığı Fələstin sənədlərinə nə deyirsiz? Yaxud da Misir sənədlərinə? Bizim sənədlərdən öyrəndiyimizi bu xalqlar öz üzərlərində hiss edirlər. Şərm əl-Şeyxdə 2500 nəfərin və 4 ölkənin baş naziri iştirak edən konfransda misirli jurnalist mənə sual etdi ki, "səsvermə prosesi sizdə nə qədər çəkir?" Mən ona cavab verdim ki, 24 saat çəkir, ancaq elə həmin gecə biz qeyri-rəsmi nəticələri elan edirik. O isə Misirdə səsvermənin bir ay çəkdiyini qeyd elədi. Misir baş naziri Əhməd Nəzif də həmin konfransda idi - o, bir söz belə demədi.

Comment