0
Tuesday 19 April 2016 - 12:15

İŞİD Qurana qarşı nifrət metoduna başladı; Oxuya bilməyən cərimələnəcək...

Story Code : 534218
İŞİD Qurana qarşı nifrət metoduna başladı; Oxuya bilməyən cərimələnəcək...
İslamazeri.az-ın "RT"yə istinadən verdiyi xəbərə görə, İŞİD terror qruplaşması işğal edərək nəzarət etdiyi ərazilərdə cərimə və vergilər tətbiq etməyə başlayıb. Bunun səbəbi isə, İŞİD-in gəlirlərinin azalmasıdır.

Məlumat ilk öncə "The Guardian" qəzetində dərc edilib.

Məlumata əsasən, 2015-ci ilin ortasından etibarən İŞİD-in gəlirləri üç dəfəyədək azalaraq, 24 milyon dollar təşkil edib. İŞİD-in gündəlik neft hasilatı isə 21 min barelədək azalıb.

Buna görə də, terror təşkilatı nəzarət etdiyi ərazilərdə yeni vergilər və cərimələr tətbiq etməyə başlayıb.

Əgər yerli sakinlərdən biri Quranla bağlı verilən suala cavab verə bilməsə, cərimə ediləcək. Bundan əlavə, İŞİD cismi cəzaları da qismən pul cərimələri ilə əvəz edib.

Qeyd edək ki, İŞİD xəvaricləri müsəlmanların bir çox işlərinə "bidət" adı qoymasına baxmayaraq, özləri bu cür İslamazidd yeniliklərlə insanlar arasında Qurana qarşı nifrət yaradırlar.
Source : Islamazeri
Comment