0
Monday 7 February 2011 - 10:09

"Müsəlman Qardaşları" təşkilatı: "İmam Xameneyi cənablarına təşəkkür edirik"

Story Code : 53639
"Müsəlman Qardaşları" təşkilatı: "İmam Xameneyi cənablarına təşəkkür edirik"
"Müsəlman Qardaşları" təşkilatı: "İmam Xameneyi cənablarına təşəkkür edirik"
Verilən məlumata görə, "bbc" telekanalı ilə canlı yayımlanan verlişdə, "Müsəlman Qardaşları" təşkilatının bir üzvü olan Kamal Əl-Həlyavidən soruşulub ki, İran İslam Cümhuriyyətinin Ali Rəhbəri Cümə namazında Misirdə cərəyan edən hadisələrə toxunaraq, bildirirb ki, hal hazırda regionda qlobal İslam inqilabı başlayıb. "Müsəlman Qardaşları"nın buna münasibəti necədir?
Kəmal Əl-Həlyavi cavabında bildirib ki, biz İmam Xameneyi cənablarına və Misir nümayişlərini dəstəkləyən bütün insanlara öz minnətdarlığımızı bildiririk. Bundan başqa, o əlavə edib ki, Misirdə müxtəlif partiyalar fəaliyyət göstərir. Ona görə də qanun dəyişikliyi olmalıdır, insanlar parlament nümayəndələrini özləri seçməlidirlər. Mübarəkin getməsindən sonra sağlam seçkilər keçirilməlidir. Və insanlar gələcək yeni höküməylərini özləri qurmalıdırlar.
"bbc" Misir Xarici işlər nazirinin anti-İran bəyənatını. önə çəkib. Buna isə Kamal Əl-Həlyavi çox ağıllı münasibət bildirib:
"Misirdə hamıdan əvvəl Xarici işlər naziri postundan getməlidir. İknicisi, onun müsəlmanların bir-biri ilə əlaqələrindən doğru-dürüst məlumatı yoxdur. Çox təəssüflə qeyd etməliyəm ki, Xarici işlər naziri Qərbin təsirii ilə anti-İran mövqeyi tutub. Bu da qəbuledilməzdir".
> Bundan sonra isə "bbc" İrandakı seçki hadisələrinə toxunub. Bunlara da Kamal Əl-Həlyavi özünəməxsus cavab verib: "Mən də ümidvaram ki, bizim də İran kimi yaxşı bir dövlətimiz və onun şücaətli prezidenti Əhmədinejad kimi bir prezidentimiz olacaq".  /Deyerler/

Comment