Məlumata görə, Bəradeyi Obamanın Misirə göndərdiyi ABŞ xüsusi nümayəndəsi Frank Viznerin açıqlamalarına toxunaraq, Ağ Evin Misirlə bağlı siyasətini kəskin tənqid edib. Bundan əlavə Bəradeyi "CNN" telekanalına verdiyi müsahibəsində bildirirb ki, Vaşinqton tərəfindən ahəngsiz bəyənatların eşidilməsi narahatlıq doğurur: "Amerika bir dəfə deyir ki, Hüsnü mübarək getməlidir, bir dəfə deyir ki, yox, Hüsnü Mübarək qalmalıdır. Bu, əlbətdə ki, çaşqınlıq yaradır və Amerikaya etimadı azaldır. Bu, bizim dəyişiklik və demokratiya istəyimizə zərbədir". /Deyerler/