0
Monday 9 May 2016 - 15:42

İran hərbçiləri orta mənzilli ballistik raketin sınağını keçiriblər

Story Code : 537579
İran hərbçiləri orta mənzilli ballistik raketin sınağını keçiriblər
İslamAzeri.az xəbər verir ki, İran baş-qərargah başçısının müavini general Əli Əbdullahi bildirib ki, İran silahlı qüvvələri ballistik raketin növbəti sınağını keçirib.

“Tasnim” agentliyinin məlumatına əsasən, raketin uçuş məsafəsi 2 min kilometr təşkil edib. Raketin məhv etmə dəqiqliyi 8 metrə yaxındır.

PressTV telekanalının məlumatına əsasən, sınaq 2 həftə əvvəl baş tutub.

İran hakimiyyəti ölkənin raket proqramını fəal şəkildə inkişaf etdirmək niyyətində olduğunu bildirib.
Source : Islamazeri
Comment


Related files