0
Wednesday 25 May 2016 - 15:05

Lavrov İranı Rusiyanın orbitinə daxil etmək üçün məsələ qaldıracaq

Story Code : 541026
Lavrov İranı Rusiyanın orbitinə daxil etmək üçün məsələ qaldıracaq
Bu barədə Rusiya prezidentinin ŞƏT üzrə xüsusi nümayəndəsi Bəxtiyar Hakimov danışıb.

“Biz İranın müraciətini xatırladacağıq. Əfqanıstanın da təşkilata üzvlüklə bağlı müraciəti var. İran müraciət ərizəsini 2006-cı ildə verib. Lakin rəsmi şəkildə müraciət 2008-ci ildə təqdim olunub. İran ŞƏT üzvlük məsələsində real namizəddir və bütün haqları var” – Hakimov belə deyib.

Qeyd edək ki, ŞƏT-ə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Belorus, Monqolustan, Hindistan, İran, Pakistan, Əfqanıstan müşahidəçi statusundadı
Source : Nur.az
Comment