0
Thursday 10 February 2011 - 18:50

AIP sədri ev dustağı edilə bilər

Story Code : 54233
AIP sədri ev dustağı edilə bilər
AIP sədri ev dustağı edilə bilər
Bu barədə FaktXeber.com-a Mövsüm Səmədovun vəkili Anar Qasımov məlumat verib

Azərbaycan İslam Partiyasının həbs olunmuş lideri Mövsüm Səmədovun 3 aylıq həbs qəti-imkan tədbiri, ev dustaqlığı ilə əvəz oluna bilər. Bu barədə FaktXeber.com-a AİP-in həbsdə olan sədrinin vəkili Anar Qasımov məlumat verib. Onun sözlərinə görə, artıq bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət olunub. “Nəsimi Rayon Məhkəməsinə Mövsüm Səmədovun barəsində seçilmiş həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət vermişəm. Bu məsləyə yaxın günlərdə baxılacaq və çox güman ki, birinci gün məhkəmə prosesi olacaq. Ümüd edirik ki, məhkəmə bizim vəsatətimizə müsbət cavab verəcək”-deyə vəkil Anar Qasımov bildirib.

Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun hazırda səhhətinin normal olduğunu bildirən Anar Qasımov, “Mövsüm Səmədovla mütəmadi olaraq görüşürəm və səhhəti normaldır. Heç bir işgəncə və ya bu kimi hallara yol verilməyib. Əhval-ruhiyyəsi də yaxşıdır. Yanında özündən əlavə 3 nəfər də həbs olunan saxlanılır. Keçən həftə müxalifət qəzetləri istəsə də, Mövsüm bəyə bu qəzetləri verməyiblər. Deyiblər ki, bəs bura ancaq rəsmi qəzetlər gəlir. Onu da qeyd edim ki, Mövsüm bəy, rəsmi ittihamları qəbul etmir. Məsələyə mənəvi baxımdan yanaşdıqda isə həbs olunmasına Allahın məsləhəti kimi baxır və bunu ilahi göstəriş kimi qəbul edir. Deyir, belə olmalı imiş, belə də olub”-deyə vəkil qeyd edib.

/FaktXeber/

Comment