0
Saturday 12 February 2011 - 10:37

Fironlar əsrinə son!

Story Code : 54430
Fironlar əsrinə son!
Fironlar əsrinə son!
İsraillə 1973-cü ildə Yom Kippur döyüşündə müvəffəqiyyəti ilə məşhurlaşan Mübarək 1975-ci ildə Başçı Köməkçisi vəzifəsinə gəlir.
Ənver Sədatın başçılıq dövrünə damğa vuran mövzu Misir-İsrail barış görüşləri idi. 1977-ci ildə imzalanan razılaşma əsasında Misir 6 il İsrail işğalında olan Sina Yarımadasını geri aldı. Ancaq İsraillə sülh ölkə daxilində və ərəb xalqları arasında narazılıq yaratdı.
Sədat 1981-si ildə İsrailə yaxın bir qrup ordu mənsubu tərəfindən qətlə yetirildikdən sonra Hüsnü Mübarək iqtidar oldu.
Misir İsraillə barış imzaladıqdan sonra Ərəb Birliyindən çıxarıldı. Hüsnü Mübarəkin ilk işlərindən biri ölkəsini 1989-cu ildə Ərəb Birliyini yenidən qəbul etdirmək oldu. Birliyin mərkəzi də təkrar Qahirəyə köçdü.
Sələfi Ənver Sədat kimi Mübarək də qərbə yaxın bir siyasət izlədi. Bunun ən böyük nümunəsi 1991-ci ildəki Birinci Körfəz Döyüşü əsnasında Misirin mövqeyi oldu. Misir Koalisiya güclərinin yanında yer tutdu.
Döyüş sonunda Misir Qərbin dostu mükafatını aldı. Misirin 20 milyard dollarlıq borcu ləğv edildi, ABŞ-dan maliyyə və əsgəri kömək təmin edildi.
Mübarək, 2003-cü ildəki İkinci Körfəz Döyüşünə müxalif qaldı. İsrail-Fələstin problemi Mübarək dövrünün ən əhəmiyyətli xarici siyasət mövzusu oldu. 2002-ci ildə toplanan Ərəb Birliyi Zirvəsində Misir, Ərəb ölkələrinin İsrailin Qərbi Şəriyyə və Qəzzədən çıxması, Şərqi Qüdsün müstəqil Fələstinin paytaxtı olması şərtinə qarşı dayandı.
Bəli, 30 il Firon siyasəti ilə xalqına, yurduna, İslama xəyanət edən Mübarəkin qalası uçuldu. İran İslam İnqilabının ildönümü günü (22 bəhmən) Mübarək ölkədən qaçdı.
Əlbəttə ki, oyun davam edir. ABŞ, Qərb və İsrail ölkədə ordunu hakimiyyətə gətirmək, vətəndaş müharibəsi yaratmaq istiqamətində varlıqlarını ortaya qoyublar. Son söz isə həmişəki kimi Allahındır. Allahla olun!
/HaqqYolu/

Comment