Səudiyyə rejimi şəhid Ayətullah şeyx Nimr Baqir Ən-Nimrin cəsədini hələ də ailəsinə təhvil verməyib
Story Code : 544611
Deyerler.Org Tasnimnews-a istinadən xəbər verir ki, Ərəb Yarmadasındakı Xalq Hərəkatı komitələri cənazələri ailələrinə verilməyən şeyx Nimr və digər Əhli-Beyt (ə) ardıcılının şəkillərini paylaşaraq, cəsədlərin verilməsinə qədər bu mövzunu təqib edəcəklərini bəyan ediblər.
Qeyd edək ki, 2012-ci ildə qondarma iddialarla həbs edilən şəhid Ayətullah şeyx Nimr Baqir Ən-Nimr yanvarın 2-də Səudiyyə rejimi tərəfindən edam edilib.