0
Thursday 16 June 2016 - 01:56

ABŞ nüvə sazişini cırarsa, İran sazişə od vuracaq - Ayətullah Xamenei

Story Code : 546198
ABŞ nüvə sazişini cırarsa, İran sazişə od vuracaq - Ayətullah Xamenei
İslamazeri.az-ın “Khamenei.ir”-ə istinadən verdiyi xəbərə əsasən, sözlərinin əvvəlində hamını Mübarək aydan layiqincə istifadə etməyə çağıran Ayətullah uzma Xamenei deyib: “Bu ayın dualarında müxtəlfi günahlardan uzaq olmağı Allahdan diləyirik. Bu günahlardan hansısa biri dövlət məmurlarında olarsa ölkə cəmiyyətinə zərbə dəyəcəkdir. Qəflət, təcrübəsizlik, daş qəlbli olmaq, vecsiz və təkəbbürlü olmaq bu növ günahlardandır. Məmurlar bu mənfi xüsusiyyətlərə diqqət etməsələr sonda nifaq və ilahi nemətləri danmaqlarına səbəb olacaqdır. Bu günahlardan uzaq olmağın yeganə yolu təqvadır.”

Düşmənlə mübarizənin əhəmmiyyətinə toxunan Ayətullah Xamenei “Onların hiylə və planlarını tanımalı və mübarizə aparmalıyıq. Düşmən İslam Respublikasının bacarıqlarını dondurmaq istəyir. Buna nail olmadıqda bu bacarıqların inkişafının qarşısını almağa çalışır. Onlarla mübarizə aparmağın yeganə yolu ölkədə var olan potensialdan düzgün şəkildə yararlanmaq və ölkənin iqtidarını artırmaqdır. Qarşı tərəf bütün gücündə, xüsusən virtual aləmdən istifadə edərək cavan nəslin imanını aradan aparmaq niyyətindədir. İkinci məsələ isə onların elmi inkişafımıza mane olmalarıdır. Onlar bunun reallaşmaması üçün alimlərimizi terror edir, müxtəlif internet viruslarından istifadə edir. Biz onların törətdikləri bu cinayətlərini beynəlxalq məhkəmələrə çıxara bilərdik. Bizim nüvə silahı düzəltməyimiz onlar üçün bir bəhanədir. Onlar bu yolla elmi inkişafımızın qarşısını almaq niyyətindədirlər. Cəmiyyətimizin cavan təbəqəsi böyük və mühüm nemətdir. Məmurlar düzgün proqramlarla ölkənin cavan təbəqəsinin artmasına çalışmalıdırlar. Düşmənimiz “təkəbbür şəbəksi”-dir ki, onun başında ABŞ və digər tərəfdən “Sionist şəbəkəsi”-dir ki, onun simvolu da işğalçı İsrail rejimidir.”, -deyə bildirib.

Amerikanın düşmənçiliklərinin hələ də bitmədiyinə toxunan Ayətullah Xamenei, ölkənin xarici işlər naziri Cavad Zərifin bu barədə sözlərinə toxunaraq deyib: “Cənab nazirin “ABŞ zatı hələ də dəyişməyib” sözü tamamilə düzgün söz idi. ABŞ-ın zatı Reyqanın dövründəki kimidir və demokratlarla respublikaçılar bu barədə heç bir şeylə fərqlənmirlər. Bəziləri bizim ABŞ-la problemlərimizi həll edə biləcəyimizi düşünürlər, lakin bu yalnış təsəvvürdür. Onların addımları daima düşmənçilik və çirkinlik üzərində qurulub. Onkarın əsas problemi İran İslam Respublikasının varlığıdır ki, bu da müzazkirə ilə həll olunan deyil. Onların istəkləri bitməyəcəkdir. Necəki nüvə məsələlərindən sonra raket mövzusunu ortaya atıblar və bu mövzudan sonra növbə insan haqlarına gələcəkdir. Daha sonra ölkənin nəzarət təftiş komitəsini, vilayət-fəqih nəzəriyyəsini və sonda konstitusiyamızı və islami hakimiyyətimizi müzakirə edəcəklər. Beləliklə ABŞ-la sülh qarşılıqlı əlaqə qurmağımız yalnış təsəvvürdür."

"Bəziləri elə düşünür ki, ABŞ-ın ölkəmizlə olan düşmənçiliyi İranın təhrik edici mövqeyi və düşmənçiliyidir. Bir halda ki,inqilabın əvvəlində sanksiylara, tələbkarlığa, düşmənlərimizə sığınacaq verməyə onlar başladı və bununla da düşmənçiliyin bünövrəsini qoydu. Düşmənin planlarının yeganə əlacı, ölkənin toxunulmamazlığının və iqtidarının güclənməsidir. Qurana əsasən bacardığımız qədər iman, iqtisad, müdafiə, elm, siyasət və cəmiyyət gücümümüzü çoxaltmalıyıq.”, -deyə İnqilab rəhbəri əlavə edib.

Iranın nüvə müzakirələri mövzusuna da toxunan Ayətullah Xamenei bildirib: “Həm müxalif, həm də müvafiq olan tərəflərdən mübaliğə mövqelər sərgilənib. Həm tərifləyənlər, həm qınayanlar öz sözlərində mübaliğə ediblər. Bu razılaşmanın həm müsbət, həm də mənfi tərəfləri var idi. Üstün cəhəti bu idi ki, İslam Respublikasını müzakirələrə çəkdi. Mənfi cəhəti isə bizim daima qorxduğumuz bir məsələdir bu da qarşı tərəfin zatının pis olması və əhdə vəfa etməməsidir. Bizim razılıq barədə dediklərimiz müzakirə heyətimizlə yox, qarşı tərəflə bağlıdır. İslam Respublikası ilk olaraq bu razılığı pozan tərəf olmayacaqdır, çünki əhdə vəfa etmək Quranın göstərişidir. Lakin ABŞ prezidentliyinə namizəd olanların razılığı cırmaq təhdidi reallaşarsa, İslam Respublikası bu razılığı yandıracaqdır. Bu da onların əhdə vəfa etməmələrinin qarşılığıdır. Qarşı tərəfin vəzifəsi sanksiyaların qaldırılması idi ki, reallaşmadı. Bəzi sanksiyalar dildə götürülsə də, əməli baxımdan heç bir dəyişiklik baş verməyib. Amerikalılar ilkin sanksiyaları olduğu kimi saxlayıblar. Ölkə məsulları bu məsələyə diqqət etsinlər və sanksiyaların qaldırılmasını təkrar etməsinlər. ABŞ tərəfi dildə, bankların İranla əlaqəsində heç bir maneənin olmadığını desələr də, əməldə elə bir addım atırlar ki, banklar bu əlaqəni yaratmaq üçün cürət tapmırlar. Biz verdiyimiz sözlərin hamısına sadiqik və 20% zənginləşdirməmizi dondurduq.”
Source : Islamazeri
Comment