0
Thursday 17 February 2011 - 01:06

Azərilər Ayətullah Xameneini sevinclə qarşıladı

Story Code : 55175
Azərilər Ayətullah Xameneini sevinclə qarşıladı
Azərilər Ayətullah Xameneini sevinclə qarşıladı
“Azərbaycan xalqının yüksək mübarizliyi islam inqilabında çox təsirli olub və 33 il bundan öncə bunun şahidi olmuşuq. Həmin mübarizə gücü bu gün də var və gələcək nəsillərə də ötürüləcək”.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu sözləri İranın ali dini lideri Seyid Əli Xamenei Təbriz camaatı ilə görüşündə deyib. O, İranın bu gün qüdrətli dövlətə çevrilməsinin, elm, texnologiya sahəsində inkişafının Azərbaycan xalqının 33 il öncə etdiyi mübarizə sayəsində baş tutduğunu bildirib: “Hazırda İrana qarşı iqtisadi blokadalar tətbiq edilir, elmin inkişafına maneələr yaradılır, alimlərimizi terror edirlər”. 

Ayətullah Xamenei Azərbaycan xalqının tarixin müxtəlif zamanlarında bütün çətinliklərdən üzüağ çıxdığını söyləyib. Dini lider dünyada bütün millətlərin hüquqlarının ABŞ və digər istismarçı qüvvələr tərəfindən pozulduğunu vurğulayıb: “Misir xalqı da zülm və istismardan təngə gələrək möhtəşəm bir inqilab etdi. Azərbaycan xalqı belə hallarda yeri gəldikdə öz şücaəti və qeyrəti ilə varlığını sübuta yetirib. Uzaqgörən, ayıq və mübariz olmaq Azərbaycan xalqının əsas xüsusiyyətləridir”.
Comment