0
Friday 22 July 2016 - 17:40

Nigeriya şiələrinin lideri Şeyx Zəkzakinin qızı, ölkə inqilabı barədə danışıb

Story Code : 554668
Nigeriya şiələrinin lideri Şeyx Zəkzakinin qızı, ölkə inqilabı barədə danışıb
İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə görə, Nigeriya inqilabının İran inqilabından qaynaqlandığını deyən Bədiə Zəkzaki bildirib: “Nigeriya inqilabının nümunəsi, İran inqilabı idi. İran inqilabı ilahi dəyərlərə bağlı olduğuna görə, yalnız Nigeriyada deyil bütün dünyada sevilir. İslam inqilabının qələbəsi ilə dünya azadələri anladı, özlərinə inam qazandı və düşmən müqabilində dözüm nümayiş etdirdilər. Şeyx Zəkzaki Nigeriyada islamın təbliği uğrunda çox problemlərlə qarşılaşdı, lakin nümunəsi İran inqilabı olduğu üçün, problemlər müqabilində də səbr nümayiş etdirdi. Şeyx Zəkzaki fəaliyyətinin ilk anlarında çox az sayda insanla birlikdə idi, ətrafındakıların sayı 20-yə çatanda sevinmişdi. O imam Xomeyninin söhbətlərini toplayaraq, xalqımıza paylayırdı. O, Peyğəmbərin xalis islamına inanırdı və Nigeriya inqilabının davamlı olmasının səbəblərdən biri məhz bu idi.”
Source : Islamazeri
Comment