0
Monday 8 August 2016 - 00:07

Ərdoğan: “Dostum Putinlə iki ölkə münasibətlərində yeni səhifə açacağımıza əminəm”

Story Code : 558749
Ərdoğan: “Dostum Putinlə iki ölkə münasibətlərində yeni səhifə açacağımıza əminəm”
APA-nın məlumatına görə, R. T. Ərdoğan TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib ki, bu, tarixi səfər, yeni başlanğıc olacaq.

Türkiyə prezidenti V. Putini dostu adlandırıb: “Dostum Vladimir Putinlə danışıqlarda iki ölkə münasibətlərində yeni səhifə açacağımıza əminəm. Ölkələrimizin qarşısında bir çox problemləri birgə həll etmək vəzifəsi durur”.

R. T. Ərdoğan Rusiyanın Suriya müsahibəsində tənzimlənməsində iştirak etməsi çox vacibdir: “Rusiyanın iştirakı olmadan Suriya probleminin həllini tapmaq mümkün deyil. Yalnız Rusiya ilə əməkdaşlıq şəraitində Suriya münaqişəsini tənzimləyə bilərik”.
Source : Apa
Comment