0
Sunday 27 February 2011 - 06:57

Qəddafi xalqa pul paylamaq əmri verib

Story Code : 56531
Qəddafi xalqa pul paylamaq əmri verib
Qəddafi xalqa pul paylamaq əmri verib
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, hökumətin qərarını elan edən şəxs deyib ki, hər bir liviyalı ailəsinə 800 dollara yaxın məbləğdə nağd pul veriləcək. Elanda deyilir ki, bu pul xalqa qalxan ərzaq qiymətlərilə bacara bilmələri üçün verilir.
O, həmçinin dövlət sektoru işçilərinin maaşlarının 150 faiz, mimimum əməkhaqqının isə iki dəfə artırıldığını elan edib.
Müxbirlər deyirlər ki, bu taktikadan keçmiş Tunis prezidenti Zine al-Abidine Ben Ali də istifadə etməyə çalışmışdı.
O, da oxşar güzəştlər - iş yerlərinin yaradılması və antikorrupsiya tədbirləri vəd etmişdi.
Tunis prezidenti bu tədbirləri, ötən ay onun devrilməsilə nəticələnən üsyanları yatırmaq üçün etmişdi.
Related Stories
Comment