İraq ordusu Mosulun əş-Şərkat rayonunun 50 faiz ərazisini azad etdi
Story Code : 569285
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, anti-terror əməliyyatlarının ilk günlərindən artıq Mosulun bir neçə kəndi İŞİD terrorçularından azad olunub. Bununla yanaşı bu gün İraq ordusu əş-Şərkat rayonunun 50 faiz ərazisini azad etməyə müvəffəq olub.
Bu barədə məlumatı İraqın baş naziri Heydər əl-Əbadi verib. Sözügedən rayonun tez bir zamanda İŞİD-dən azad olunacağı gözlənilir. Bununla yanaşı İraq ordusu əl-Hadisada İŞİD terrorçularının bir neçə hərbi texnikasını sıradan çıxarıb.