0
Thursday 3 March 2011 - 22:09

Yəmən prezidenti də Mübarəkin yolunu gedir

Story Code : 57401
Yəmən prezidenti də Mübarəkin yolunu gedir
Yəmən prezidenti də Mübarəkin yolunu gedir
Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, Əli Abdulla Saleh postunu 2011-ci ilin sonunda tərk edərək, hakimiyyəti demokratik partiyalara verəcəyini söz verib. Hazırda isə Yəmən prezidentinin istefası tələbi ilə keçirilən mitinqlərdə iştirak edən aksiyaçılara hücumla bağlı halların araşdırılması üçün komissiya formalaşdırılacağı bildirilir. Bu mitinqlər zamanı 27 nəfər öldürülüb. Zərər çəkənlərin hamısının ailəsi dövlət hesabına kompensasiya almalıdır.
Nəzərinizə çatdıraq ki, Misirin sabiq prezidenti Hüsnü Mübarək də xalqın qarşısında tab gətirə bilməyəcəyini gördükdən sonra "bir neçə aydan sonra hakimiyyəti təhvil verəcəyəm" sözləri ilə xalqı aldatmağa səy göstərmişdi.
Related Stories
Comment