0
Thursday 20 October 2016 - 08:45

Fətullah Gülənin mətkəbləri bağlanmır, amma... - RƏSMİ

Story Code : 576946
Fətullah Gülənin mətkəbləri bağlanmır, amma... - RƏSMİ
İslamazeri.az xəbər verir ki, Qazaxıstanda Fətullah Gülənin "Xidmət" ("Hizmet" - red.) hərəkatı fəallarının iştirakıyla yaradılan məktəblərin adları dəyişdirilib. Qazaxıstanda Gülənlə bağlılığı olan 33 türk-qazax məktəbi var və onlar 1990-cı illərdən fəaliyyət göstərir.

Məktəblərin digər sponsorlarından biri KATEV fondu bildirib ki, əvvəl türk-qazax liseyləri kimi tanınan bütün məktəblər bundan sonra "Bilim" (Təhsil - red.) İnnovasiya liseyləri adlandırılacaq. Fonddan verilən məlumata görə, təhsil ocaqlarının adları Qazaxıstanın Sovet İttifaqından ayrılmasının 25 illiyi münasibətilə dəyişdirilir. Qazaxıstanda müstəqillik günü dekabrın 16-da qeyd olunur.

Türkiyə hökuməti bütün ölkələri Fətullah Gülən və onun hərəkatını terrorçu kimi tanımağa çağırıb. Türkiyə rəsmiləri yayda baş vermiş və 250-yə qədər adamın ölümünə səbəb olmuş çevriliş cəhdinin arxasında Gülənin dayandığını bildirir.(AzadlıqRadiosu)İslamazeri.az xəbər verir ki, Qazaxıstanda Fətullah Gülənin "Xidmət" ("Hizmet" - red.) hərəkatı fəallarının iştirakıyla yaradılan məktəblərin adları dəyişdirilib. Qazaxıstanda Gülənlə bağlılığı olan 33 türk-qazax məktəbi var və onlar 1990-cı illərdən fəaliyyət göstərir.

Məktəblərin digər sponsorlarından biri KATEV fondu bildirib ki, əvvəl türk-qazax liseyləri kimi tanınan bütün məktəblər bundan sonra "Bilim" (Təhsil - red.) İnnovasiya liseyləri adlandırılacaq. Fonddan verilən məlumata görə, təhsil ocaqlarının adları Qazaxıstanın Sovet İttifaqından ayrılmasının 25 illiyi münasibətilə dəyişdirilir. Qazaxıstanda müstəqillik günü dekabrın 16-da qeyd olunur.

Türkiyə hökuməti bütün ölkələri Fətullah Gülən və onun hərəkatını terrorçu kimi tanımağa çağırıb. Türkiyə rəsmiləri yayda baş vermiş və 250-yə qədər adamın ölümünə səbəb olmuş çevriliş cəhdinin arxasında Gülənin dayandığını bildirir.(AzadlıqRadiosu)
Source : Islamazeri
Comment