0
Thursday 10 November 2016 - 12:47

Obama Ağ Evdə Trampı salamlayır - yeni prezident etiraz aksiyaları ilə qarşılanır

Story Code : 582618
Obama Ağ Evdə Trampı salamlayır - yeni prezident etiraz aksiyaları ilə qarşılanır
Tramp xanım Klinton üzərində sürpriz qələbəsindən sonra ABŞ-ın sayca 45-ci prezidenti olacaq. Obama bir müdət əvvəl Trampın ofisə "uyğun olmadığını" desə də indi bütün Amerikanı seçkinin nəticələrini tanımağa səsləyib. Obamanın birliyə və xanım Klintonun tərəfdarlarına Trampa "liderlik üçün şans verilməlidir" deməsinə baxmayaraq, onun qələbəsi bir çox ştatlarda etirazların yaranmasına səbəb olub. Çərşənbə günü axşamı, Nyu-Yorkda yüzlərlə Trampa qarşı olan etirazçılar üzərində "Mənim prezidentim deyilsən!" yazılan şüarları ilə Trump Tower-ə tərəf irəliləyib. Etiraz nümayişi San Fransisko da daxil olmaqla bir neçə ştatda keçirilib Polislər Trampın hakimiyyətə keçidi zamanı baş qərargahı olacağı düşünülən hündürmərtəbəli binanın qarşısına beton maneələr düzüb və digər təhlükəzilik tədbirləri görüblər. Yayılan məlumatlara görə, çərşənbə günü axşam saatlarında bir çox etirazçılar Çiikagoda yerləşən Trump Tower-ə girişi bağlayıb və "Tramp yox, KKK yox, faşist ABŞ-a yox" və "Mənim prezidentim deyil!" şüarları səsləndiriblər. Məlumatda bildirilir ki, Oklend, Kaliforniya, Portland və Oreqon ştatlarında etirazçılar Amerika bayrağını yandırıb. Çərşənbə günü axşam saatlarında bir çox etirazçılar Chicago-da yerləşən Trump Tower-ə girişi bağlayıb Özünün qələbə nitqində Tramp vəd edib ki, qalmaqallı kampaniyadan sonra "parçalanan yaraları bağlayacaq" və "bütün amerikalıların prezidenti olacaq". Ağ Ev sözçüsü Coş Örnest deyib ki, Obama varisi ilə çox səmimi görüşəcək və əlavə edib: "Mən demirəm ki, bu asan bir görüş olacaq." Yeni seçilən prezident cümə axşamı günü Ağ Evə xanımı Melania ilə birlikdə təşrif buyuracaq və o, birinci xanım Mişel Obama ilə görüşəcək. Qələbə münasibətilə Trampı telefonla təbrik edən prezident Obama deyib ki, onlar arasında böyük fərqlərin olması "sirr deyildi". O əlavə edib ki, "biz ölkə üçün ən yaxşı olanı istəyirik" (BBC)
Comment