0
Saturday 12 November 2016 - 17:28

DİN: Lənkəranda qadağan olunmuş dini ədəbiyyat aşkarlanıb

Story Code : 583222
DİN: Lənkəranda qadağan olunmuş dini ədəbiyyat aşkarlanıb
Lənkəran şəhərindəki mağazada qadağan olunmuş dini ədəbiyyat aşkar edilib. Bu barədə DİN-in saytı məlumat yayıb.

"Baş İctimai Təhlükəsizlik İdarəsi, Lənkəran ŞRPŞ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən şəhər sakini Müşfiqə Quliyevaya məxsus mağazadan satışına razılıq verilməmiş və markalanmamış 32 ədəd dini təyinatlı ədəbiyyat götürülüb. Həmin mağazanın lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən edilib" - məlumatda bildirilib.

Faktla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsi ilə protokol tərtib olunub.
Source : İslamazeri
Comment