0
Friday 11 March 2011 - 08:44

İctimai Palatadan gənclərə və Müsavata dəstək

Story Code : 58826
İctimai Palatadan gənclərə və Müsavata dəstək
İctimai Palatadan gənclərə və Müsavata dəstək
“İP Koordinasiya Şurası bir qrup gənc tərəfindən elan olunmuş “11 mart Böyük Xalq Günü” şüarı ilə kütləvi aksiya keçirmək və Müsavat Partiyasının 12 mart 2011-ci ildə mitinq təşəbbüslərini və bununla bağlı hakimiyyət orqanlarının mövqelərini müzakirə edərək, qərara alır:

1. Müsavat Partiyasının 12 mart 2011-ci il tarixli mitinqinə İctimai Palatanın siyasi dəstəyi bir daha təsdiqlənsin. Müsavat Partiyasının öz müraciətində göstərilən yerdə mitinqə icazə verilməməsini vətəndaşların sərbəst toplaşmaq azadlığı haqqında Konstitusiya hüquqlarının pozulması kimi dəyərləndirilsin və pislənsin. Polisin 12 mart aksiyasının qarşısını zorakılıqla almaq bəyanatı isə anti-konstitusion hesab edilsin.
2. “11 mart Böyük Xalq günü” şüarı ilə kütləvi aksiya təşəbbüsü sərbəst toplaşmaq azadlığı hüququ kimi dəyərləndirilsin. Bu aksiya ilə bağlı hakimiyyət orqanlarının provokativ təblığatı və apardığı hazırlıqlar təxribat kimi dəyərləndirilsin. Bu aksiya təşəbbüsünün dinc xarakteri haqqında bəyanatlara diqqət cəlb edilsin. İP hakimiyyətə və prosesin bütün tərəflərinə bildirməyi vacib sayır ki, hər hansı zorakılıq aktları yolverilməzdir.
3. İP hazırda baş verən proseslərin birmənalı şəkildə dinc üsul və formalarada getməsində israrlıdır və öz tərəfindən bu mövqenin hər hansı şəkildə dəyişməyəcəyini bəyan edir. Buna görə də baş verəcək hər hansı provokasiya və aktları üçün məsuliyyət bütünlüklə hakimiyyətin üzərinə düşdüyü bəyan edilsin ”.
Source : Musavat
Related Stories
Comment