0
Saturday 12 March 2011 - 09:19

Zəlzələ Yerin oxunu tərpətdi, sutkanın müddəti azaldı

Story Code : 58951
IslamTimes - Yaponiyada baş verən zəlzələ Yer kürəsinin oxunun (planet onun ətrafında kütləyə görə tarazlanır) yerini 15 santimetr dəyişməsi və sutkanın 1,6 mikrosaniyə qısalması ilə nəticələnib. Bunu İTAR-TASS-a NASA-nın reaktiv hərəkət laboratoriyasının nümayəndəsi Riçard Qross deyib.

NASA hələlik konkret müşahidələrin dəqiq nəticələrinə malik deyil. Lakin hesablamalar var. “Bu hesablamalar göstərir ki, sutka 1,6 mikrosaniyə azalmalıdır. Yer kürəsinin oxu isə yerini 139-cu qərb uzunluq dairəsinə doğru 15 santimetr dəyişib”, - deyə Riçard Qross bildirib. Onun sözlərinə görə, sutkaların uzunluğu fiqurlu konsisürənin əllərini yanlarına sıxmaqla bədəninin fırlanması sürətini artırmasına bənzəyir. Yapoinyadakı zəlzələ isə Yerin kütləsini dəyişib və planet bir qədər tez fırlanmağa başlayıb. Buna müvafiq olaraq, sutkanın uzunluğu azalıb

Alim Yaponiyadakı kataklizmi Çili sahillərindəki zəlzələ ilə müqayisə edib. Həmin zəlhələdən sonra Yerin ozu yerini 8 santimetr dəyişmiş və sutkanın müddəti 1,26 mikrosaniyə azalmışdı. Beləliklə, Yapoinyadakı zəlzələ oxun yerini Çilidəki ilə müqayisədə iki dəfə güclü dəyişdirib. 

Source : Deyerler
Comment