TASS xəbər verir ki, təyyarə Xeybər-Paxtunxva əyalətinin Çitral şəhərindən ölkə paytaxtı İslamabada doğru hərəkət edirmiş.
Son məlumata görə, təyyarə dağa çarpılıb. Təyyarənin göyərtəsində 5 pilot, 42 sərnişin olub.
*** 16:16
Az əvvəl Pakistanda sərnişin təyyarəsi radarlardan itib.
Pakistan mənbələrinə istinadən xəbər verir ki, təyyarə "Pakistan Airlines" şirkətinə məxsus olub və Çitral-İslamabad reysi ilə uçurdu. Təyyarənin göyərtəsində 47 sərnişin olub. Digər təfərrüatlar haqda xəbər verilmir. Çitral şəhəri Əfqanıstanla sərhəddə yerləşir.