0
Sunday 13 March 2011 - 20:22

Yaponiyanı yeni fəlakət gözləyir?

Story Code : 59340
Yaponiyanı yeni fəlakət gözləyir?
Yaponiyanı yeni fəlakət gözləyir?
Milli.Az xəbər portalı NHK-ə istinadən bildirir ki, Yaponiyadakı dağıdıcı zəlzələ və sunami nəticəsində həlak olanların sayı yalnız Miyaqi prefekturasında 10 min nəfərə çata bilər.
Fəlakətdən ən çox zərər çəkmiş prefekturanın polis rəisi Naoto Takeutinin dediyinə görə, qurbanların sayı həddən ziyadədir.

"Ölənlərin sayının 10 min nəfərdən çox olduğuna zərrə qədər şübhə etmirəm," - Takeuti deyib.
Yaponiyanın Baş Polis İdarəsi isə bildirib ki, ölkənin şimal-şərqində ölənlərin sayı 2 min nəfəri keçib.

"Yomiuri" xəbər verir ki, Yaponiya hökumətinin baş katibi Yukio Edano "Fukusima-1" atom-elektrik stansiyasının 3-cü nüvə reaktorunda yeni partlayışın baş verəcəyini istisna etmir.
Bu gün səhər reaktorun fövqəladə soyutma sistemi sıradan çıxıb. İndi reaktorun soyudulması üçün dəniz suyundan istifadə edilir.

Sözügedən AES-in 1-ci reaktorunda şənbə günü partlayış baş vermişdi. Partlayış nəticəsində reaktorun üst örtüyü sıradan çıxsa da, nüvə reaktorunun yerləşdiyi metal konteynerə heç nə olmayıb.
"Fukusima-1" AES-indəki qəza nəticəsində radioaktiv şüalanmaya məruz qalanların sayı 187 nəfərə çatıb.
Miyaqi prefekturasındakı "Onaqava" atom-elekt rik stansiyasının ətrafında da radiasiya fonu normadan on dəfələrlə artıqdır.
Comment