0
Thursday 29 December 2016 - 18:48

Kamal Kılıçdaroğlu Ankaranın Suriya siyasətini tənqid etdi: "Sevə-sevə Əsədin əlini öpməyə gedəcəklər"

Story Code : 595679
Kamal Kılıçdaroğlu Ankaranın Suriya siyasətini tənqid etdi: "Sevə-sevə Əsədin əlini öpməyə gedəcəklər"
"Konstitusiya komissiyasındakı təklifi geri çəksinlər. Təklifi geri çəkin, ölkəni bu biabırçılıqdan xilas edin".

Deyerler.org Cumhuriyet-ə istinadən xəbər verir ki, Kılıçdaroğlu çıxışında belə danışıb: "Birlikdə, əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Bayrağımızın altında azad yaşamaq istəyirik".

Hökumətin Suriya siyasətini sərt sözlərlə tənqid edən Kılıçdaroğlu belə danışıb: "Deyirdik Suriyaya müdaxilə etməyin. Qonşuların daxili işlərinə mçüdaxilə etməyin. Əfəndim, Suriyada demokratiya sən demə yox imiş. Sən hələ bir öz ölkənə bax. Sənin ölkəndə demokratiya var ya yox. Yoxdursa, onu təmin edib nümunə ol. Biz Suriyaya girərik dedilər. Buyur gir, baxım. Sonra gedib Əməvi məscidində namaz qılacağıq dedilər. Nə oldu?... İndi sevə-sevə Əsədin əlini öpməyə gedəcəklər. Sevə-sevə getdilər Rusiyaya Moskvada razılaşmanı imzaladılar. Kim? Rusiya, Türkiyə və İran. Nusra terror təşkiatıdır, İŞİD terror təşkilatıdır dedilər. Bəs dünənə kimi Nusra-ya terror təşkilatı niyə demirdilər? Əsla demirdilər. Belə bir şeyi heç düşünmürdülər də. Yaxşı PYD niyə terror təşkilatı deyil? Onu niyə razılaşmada qeyd etmədilər? Rusiya istəmədiyi üçün. Yəni nə etdilər? Rusiyanın hər dediyinin altına imzalarını atdılar. İndi qalxıb deyirlər ki, "biz Yaxın Şərqə nizam veririk", "dünyaya nizam veririk", "biz oyun quranlardanıq". Baxıb gördülər ki, bunlar oyun quranlar yox, bunlar rəsmən Yaxın Şərqin oyuncağı oldular. Mən bundan narahatam".
Source : Deyerler
Comment