0
Tuesday 17 January 2017 - 15:34

Suriya ordusu İŞİD-in əməliyyat otağını vurdu

Story Code : 600992
Suriya ordusu İŞİD-in əməliyyat otağını vurdu
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Suriya ordusunun kəşfiyyat birlikləri ölkənin cənubunda yerləşən Sevida şəhərində İŞİD-in əməliyyat otaqlarından və bazalarından birini müəyyən ediblər.

İŞİD-in bəzi komandirlərinin olduğu əməliyyat otağı ilə əlaqədar məlumatları alan Suriya ordusunun artilleriyası bu bazanı hədəfә alaraq məhv edib.

Əməliyyatda İŞİD-ə aid 6 zirehli maşın, intihar hücumlarında istifadə olunan maşınlar və silah anbarı məhv edilib. Bundan başqa 45 terrorçunun da əməliyyat zamanı öldürüldüyü qeyd olunub.
Source : Deyerler
Comment