0
Saturday 11 February 2017 - 13:33

“Ənsarullah” lideri ABŞ və İsraili hədəfə aldı

Story Code : 608483
“Ənsarullah” lideri ABŞ və İsraili hədəfə aldı
Yəmənin “Ənsarullah” hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi yenidən çıxış edərək, ABŞ-ı, İsrail və Səudiyyəni tənqid edib. Səudiyyənin hücumlarının Yəmənin təbii sərvətləri üçün reallaşdığını vurğulayan Seyid Əbdülməlik əl-Husi Yəmən xalqının təcavüz qarşısında heç vaxt susmayacağını sözlərinə əlavə edib. “Ənsarullah” lideri düşmənlərin Yəmənin müstəqilliyi, konstitusiyası və insanına nifrət etdiyini bildirərək, bölgədəki işğalçı rejimlərin ABŞ və İsrailin ssenarilərini icra etdiklərini diqqətə çatdırıb. “Yəmən xalqı ABŞ, İsrail və Səudiyyə rejimlərinin bütün hücumlarına son nəfəsə qədər müqavimət göstərəcək”, - deyə Seyid Əbdülməlik əl-Husi qeyd edib./eastnews/
Source : Nur.az.com
Comment