0
Thursday 24 March 2011 - 14:59

Şanlı məktub

Story Code : 61265
Şanlı məktub
Şanlı məktub
Islam times.org/az/ - Avropa Şurasının Baş katibi Thorbjorn Jagland Azərbaycanda Avropa Şurası standartlarına əməl olunması ilə bağlı president İlham Əliyevə məktub göndərib.
Məktubda Jagland Azərbaycanda azadlıq toplantıları ilə bağlı narahatlığını bildirib.

11-12 Martda Bakıda keçirilmiş aksiyalara toxunan baş katib azadlıq toplaşması ilə bağlı Azərbaycanın tutduğu mövqeydə dəyişiklik etməyə dəvət edib .

Thorbjorn Jagland Azərbaycan hakimiyyətinin indiyədək İnsan Haqları üzrə Avropa Məhkəməsinin qərarını yerinə yetirməməsindən, jurnalist Eynulla Fətullayevin həbsdə saxlanılmasına son qoyulması imkanlarından istifadə etməməsindən təəssüfləndiyini bildirib.

Baş katib insan hüquqları və azadlıqlarının təminatı sahəsindəki qanunvericiliyin, inzibati və məhkəmə təcrübəsinin Avropa Şurası səviyyəsinə çatdırmaq üçün Azərbaycan hökumətinə dəstək olacağını bilririb.

Thorbjorn Jagland Bakıya səfər edib məsələləri prezident Əliyev və onun administrasiyası ilə müzakirə etmək arzusunu bildiri.
Source : IslamTimes
Comment