0
Thursday 24 March 2011 - 15:32

Bakı kəndləri ayağa qalxır

Story Code : 61274
Bakı kəndləri ayağa qalxır
Bakı kəndləri ayağa qalxır
Hökumətdən maddi durumlarının ağır olması səbəbindən konkret addımları tələb edən aksiyaçılara digər Bakı kəndlərinin də dəstək verməyə hazırlaşdığı bildirilir.
PİA.AZ-a daxil olan məlumatlara görə, gələn həftə artıq aksiyalar sarıdan kifayət qədər təcrübəli hesab olunan Nardaran kəndində hakimiyyətin əleyhinə daha bir mitinqin keçirilməsi planlaşdırılır. Onu da xatırladaq ki, hələ fevral ayının əvvəlində etiraza qalxan nardaranlılar hökumətə 25 fevral tarixinə qədər vaxt versələr də, tələblərinin həlli yönündə heç bir addım atılmadı və bundan sonra davamsız aksiyaların keçirilməsi qərara alındı.
Məlumatlı mənbə bildirir ki, bu dəfə 20-25 minlik etiraz aksiyasını keçirməyə hazırlaşan Nardaran mitinqinin təşkilatçıları hətta mitinqin gedişi boyunca, bütün aksiya iştirakçılarının prezident administrasiyasına yürüşünü də planlaşdırırlar. 



Comment


Related files