0
Saturday 26 March 2011 - 11:30

Barak Obamanı Ağ Evə buraxmadılar

Story Code : 61488
Barak Obamanı Ağ Evə buraxmadılar
Barak Obamanı Ağ Evə buraxmadılar
ABŞ Prezidenti Barak Obama Latın Amerikası turnesindən sonra iş yerinə qayıtdıqda Ağ Evə girə bilməyib: qapılar bağlı olub. Amerika KİV-inin ehtimalına görə, dövlət başçısının qayıdışı barədə xidməti heyətə məlumat çatdırılmadığından, qapı açılmayıb. Belə ki, Barak Obama Latın Amerikası ölkələrinə səfərinin son dayanacağı olan Salvadordakı proqramını ixtisar edib və səfərdən bir gün tez qayıdıb.

Əsas qapı bağlı olduğundan, Barak Obama Ağ Evə girmək üçün başqa yol axtarmağa başlayıb və ikinci qapıya doğru gedib. 

Obama yaranmış vəziyyətdən üzüağ çıxmaq üçün heç nə olmamış kimi fit sədaları ilə yolunu davam edib.

Source : Milli.az
Related Stories
Comment