0
Saturday 11 March 2017 - 14:37

Tramp Mahmud Abbası Ağ Evə dəvət edib

Story Code : 617184
Tramp Mahmud Abbası Ağ Evə dəvət edib
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fələstin liderinin nümayəndəsi Nabil Əbu Rudeyn bəyan edib.
“Bu gün Donald Tramp ilə Mahmud Abbas arasında telefon danışığı olub. Söhbət zamanı ABŞ prezidenti Fələstin liderini Ağ Evə dəvət edib”, deyə Fələstin liderinin nümayəndəsi bildirib.
Bundan əvvəl Donald Tramp Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə Yaxın Şərq probleminin həllində maraqlı olduğunu bəyan edib. Trampın qənaətinə görə, BMT qətnamələrinə baxmayaraq, İsrail-Fələstin münaqişəsinin həlli yolu vahid dövlətin yaradılmasından keçir. Amma onun nəzərdə tutduğu vahid dövlətdə Fələstin nümayəndələrinin də olacağı şübhəli görünür.
Comment