0
Monday 28 March 2011 - 18:38

Zülfüqar Mikayılzadənin məhkəməsi keçirilib

Story Code : 61945
Zülfüqar Mikayılzadənin məhkəməsi keçirilib
Zülfüqar Mikayılzadənin məhkəməsi keçirilib
Bu barədə FaktXeber.com-a Hacı Zülfüqar Mikayılzadənin vəkili Elçin Namazov məlumat verib.Quran hafizi Höccətül-İslam vəl müslimin Hacı Zülfüqarın istintaq dövründə ev dustağı olması vəsatətinin Nəsimi rayonun məhkəməsi tərəfindən təmin olunmamasından sonra bu qərar Bakı Apelyasiya Məhkəməsinə verilib.

Məhkəmə prosesi qapalı şəraitdə keçirilib. Vəkil Elçin Namazov vəsatətin təmin olunmadığını qeyd edərək, istintaq müddətində kütləvi şəkildə qanun pozuntularının baş verdiyini bildirib:

"Zülfüqar Mikayılzadəni, Mövsüm Səmədovla əlaqələndirmək istiyirlər. Zülfüqar Mikayılzadə guya Mövsüm Səmədovla əlbir olaraq dövlət çevrilişi etmək istəyiblər. Qaldırdığımız vəsatət təmin olunmadı. Buna səbəb onun ittiham olunduğu maddənin ağır olduğu bildirilir. Lakin hər bir halda bu cür qərarın verilməsi qeyri-qanunidir. Artıq bundan sonra Avropa məhkəməsinə müraciət edəcəyik."



Comment