0
Tuesday 28 March 2017 - 12:47

Ayətullah İsa Qasimin nümayəndəsi: Bu səbəbdən rejimin hiylələri baş tutmayacaqdır

Story Code : 622313
Ayətullah İsa Qasimin nümayəndəsi: Bu səbəbdən rejimin hiylələri baş tutmayacaqdır
İslamazeri.com “Tasnimnews”-a istinadən xəbər verir ki, bu barədə çıxış edən Şeyx Abdullah Dəqaq bildirib: “Ayətullah İsa Qasim dəfələrlə vurğulayıb ki, xalqımızın addımlar tam olaraq sivildir. Lakin Ali-Xəlifə rejimi bu hərəkətləri silahlı olaraq təqdim etməkdə israrlıdır. Dünya xalqları bizim addımlarımızın sivil olduğunun şahididir. Bu səbəbdən rejimin hiylələri baş tutmayacaqdır. Onların addığı addımlar tam olaraq hərbidir".

Şeyx Abdullah Dəqaq sözlərinin davamında "Siyasi məhbusların məhkəmələri qanunsuz olaraq həbsxanalarda keçirilir. Ölkə konstitusiyası dəyişdirilir və bunun səbəbi Ayətullah İsa Qasimi rahatlıqla həbs etməkdir. Onlar elə düşünür ki, bu addımla ölkədə baş verən qiyamın qarşısını ala bilərlər. Lakin xalqımızın hərəkatı daha da genişlənir və güclənir. Ali-Xəlifə rejiminin zorakılığı nə qədər çoxalsa, xalqımızın da qarşılıq verməsi çoxalacaqdır.”, -deyə qeyd edib.
Source : İslamazeri
Comment