0
Thursday 7 April 2011 - 15:57

İran Nüvə Silahı barədə danışdı

Story Code : 63831
İran Nüvə Silahı barədə danışdı
İran Nüvə Silahı barədə danışdı
“Nüvə silahlarının bütün dünyada yayılmasının qarşısının alınmasının yeganə təminatlı yolu – onların tam şəkildə məhv edilməsidir. Son hadisələr fonunda bu problem daha aktual olur. Belə ki, Yaxın Şərqdə yeganə olaraq İsrail rejimi BMT-nin müvafiq razılaşmasına qoşulmayıb və Fransanın vasitəçiliyi ilə bütün dünya üçün təhlükə yaradır. İran hələ 1974-cü ildə Yaxın Şərqi nüvə silahı olmayan regiona çevirməyi təklif etmişdi”. İranın BMT-dəki daimi nümayəndəsi Muhəmməd Xəzai BMT Komisiyasının illik iclasında belə bir bəyanatla çıxış edib, - “Salamnyus” xəbər verir.
Xazai eyni zamanda qeyd edib ki, İsrail rejimi belə bir zonanın yaradılması təklifi ilə razılaşmayıb və Nüvə Silahlarının Yayılmaması Haqqında Razılaşmaya qoşulmaqdan imtina edib.

Source : Deyerler
Comment