0
Wednesday 24 May 2017 - 16:41

Vəhhabi krallığın Bəhreyn təxribatı: Ayətullah İsa Qasimlə bağlı son xəbərlər

Story Code : 640056
Vəhhabi krallığın Bəhreyn təxribatı: Ayətullah İsa Qasimlə bağlı son xəbərlər
İslamazeri.com İran və ərəb medialarına istinadən Bəhreynlə bağlı son xəbərləri diqqətinizə çatdırır:

Dünənki hücumlar nəticəsində 286 nəfər saxlanılıb, 5 nəfər qətlə yetirilib, 30-a yaxın şəxs yaralanıb.

Böyük mərcəiyyət etiraz edib...

Ali-Xəlifə rejiminin cinayətləri İslam dünyasının böyük alimi və şiə dünyasının mərcəi təqlid müctehidi Ayətullah Nuri Həmədani tərəfindən tənqid olunub. Onun yaydığı açıqlamada deyilir: “Çox təəssüf olsun ki, Ali-Xəlifə rejiminin bir daha Ayətullah İsa Qasimin evinə qəddarcasına hücumunun şahidi olduq. Rejim ABŞ və Ərəbistanda olan böyüklərinin əmrlərini icra etdi. Və yenə də insan haqlarını müdafiə etdiklərini iddia edənlərin yalanı ifşa oldu. Biz Ali-Xəlifə rejiminin bu qanunsuz cinayətini qınayır və Bəhreyn xalqına, xüsusən Ayətullah İsa Qasimə olan dəstəyimizi bildiririk. Bu alim dərhal qeydsiz şərtsiz olaraq sərbəst buraxılmasını istəyirik.” (Tasnim)

Səud rejiminin rolu var...

Ali-Xəlifə rejiminin zorakı siyasətlərini təsdiqləyən Ərəbistan XİN-i, Bəhreynin sabitliyini Ərəbistanın sabitliyi adlandırıb.

“Bəhreyn dövləti vətəndaşlarının təhlükəsizliyini və sağlamlığını qorumaq məqsədi ilə terrorçularla mübarizə edir. Biz bunu dəstəkləyirik,"-deyə nazirlik bəyanatında bildirib. (Skynyus)

Livandan Ayətullah İsa Qasimə dəstək...

“Hizbullah” təşkilatı bəyanat yayaraq, müsəlmanları Ayətullah İsa Qasimə dsətək verməyə çağırıb.

Bəyanatda Ayətullah İsa Qasimin evinin Ali-Xəlifə rejimi tərəfindən hücuma məruz qalmasını qəddarlıq adlandıran Təşkilat bildirib: “Baş verənlərin və baş verəcəklərin əsas səbəkarı və məsuliyyəti terrorçu rejim olan Ali-Səuddur. Ayətullah İsa Qasimə qarşı hər hansı addımın acı nəticələri olacaqdır. Şərəf və müstəqil olan bütün ölkə və təşkilatları bu cinayəti qınamağa dəvət edirik.” (Alalam)

Zərif də sosial şəbəkədə münasibət bildirdi...

İran XİN-in rəhbəri tvitter səhifəsində Bəhreyn hadisələrinə toxunub: " ABŞ prezidentinin Ər-Riyaddda diktatorlarla səmimi görüşünün ilk nəticəsi Bəhreyn vətəndaşlarının dinc etirazlarına dəhşətli hücumdur."

Qeyd edək ki, dünəndən Bəhreynin müxtəlif yerlərində etirazlar davam edir.
Source : Islamazeri
Comment