0
Saturday 9 April 2011 - 17:56

Yəmən qaynayır: on minlərlə insan küçələrə çıxıb

Story Code : 64169
Yəmən - inqilab
Yəmən - inqilab
Milli.Az xəbər portalı "Associated Press"ə istinadən bildirir ki, Yəməndə etiraz aksiyaları davam edir. Tais şəhərində 100 min insan küçələrə çıxıb.

Kütləvi etiraz aksiyalarının səbəbi dünən şəhərdə nümayişin dağıdılmasıdır. Aksiya dağıdılarkən 4 nümayişçi ölüb, 400 nəfər yaralanıb.

Nümayişçilər baş verənlərdə yerli hakimiyyət dairələrini, DİN başçısını, ölkə parlamentini və prezident Əli Abdulla Salehin başçılıq etdiyi iqtidar partiyasını günahlandırırlar.

Fevralın ortalarında, Tunis və Misirdən sonra xalq etirazlarının başlandığı Yəməndə aksiyalar zamanı artıq 120 nəfər həlak olub. 

Related Stories
Comment