0
Tuesday 13 June 2017 - 21:12

ABŞ-ın Qətərdəki səfiri istefa verib

Story Code : 645718
ABŞ-ın Qətərdəki səfiri istefa verib
Oxu.Az-ın xəbərinə görə, bu barədə CNBC telekanalının müxbiri Con Harvud öz Twitter səhifəsində yazıb.
 
“Trampın növbəti tənqidindən bir neçə gün sonra ABŞ-ın Qətərdəki səfiri istefa verib”, - Harvud yazıb.
 
Xatırladaq ki, iyunun 9-da, ABŞ prezidenti Donald Tramp Qətəri terrorçuluğu maliyyələşdirməkdə ittiham edib və buna son qoymağın vaxtı çatdığını bildirib.  Amma bu çıxışından bir həftə öncə Tramp Qətəri ABŞ-ın dostu və müttəfiq ölkə adlandırmışdı. Görünür Səudiyyə Ərəbistanının təzyiqləri Trampa fikrini dəyişdirmək üçün yetərli olub.
 
İyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Komor adaları və Mavrikiy də qoşulub.
Comment