0
Tuesday 12 April 2011 - 11:45

Növbəti hesabat

Story Code : 64738
Növbəti hesabat
Növbəti hesabat
Islam times.org/az/ - Hər il ABŞ Dövlət Departamenti dünya dövlətlərindəki vəziyytlə bağlı rəsmi hesabatla çıxış edir. Bunun əsl səbəbləri çoxdur :

1. ABŞ dünya bir çox sahələrdə olduğu kimi demokratiya sahəsində də əsas istehsal və ixracatçı qismində statusunu qorumaq siyasəti güdür.

2. Bu hesabatlar ABŞ-ın müxtəlif siyasi, sosioliji və iqtisadi layihə tərtibatı institutları üçün önəmlidir. Çünki onlar projelərinin reallaşmasında cəmiyyətlərdən reaksiya öyrənməlidir ki, məxaric və mədaxil göztəricilərində yüksək dəqiqliyi qoruya bilsinlər.

3. Daxili siyasətdə ABŞ-ın dünyadakı nüfuzunun artırılması hər bir administrasiya üçün vacibdir.

Adətən bu hesabatlarda Azərbaycanla bağlı qənaətlərə hakimiyyət son dərəcə isterik və potoloji münasibət ilə müşahidə olunur. Digər beynəlxalq təşkilatların hesabatına rejim nümayəndələri “bu dövlətin mövqeyi deyil” deməklə özlərini əcaib bir bəraət qazandırmış olurlar. Amma Dövlət Departamentinin hesabatları Əliyev rejiminin siyasi davranışında qomeostaz prossesinin pozulmasını şərtləndirir. Hesabatda deyilir :

İşgəncə...

Hesabatda deyilir ki, yerli hüquq müdafiəçilərinin məlumatına görə, ötən il Azərbaycanda 169 nəfər həbsdə işgəncə halları ilə üzləşib. Onlardan 7-i dünyasını dəyişib.

ABŞ Dövlət Departamenti Azərbaycanın hüquq mühafizə orqanlarında cəzasızlığın bir problem olaraq qaldığını qeyd edir. Baxmayaraq ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, insan haqlarını pozduğuna görə nazirliyin 270-dən çox əməkdaşı cəzalandırılıb, 20 nəfər isə vəzifəsindən uzaqlaşdırılıb .

Həbsxanalar...

Hesabatda deyilir ki, son illərdə həbsxanalarda infrastrukturun yaxşılaşdırılması üçün işlər görülsə də, bəzi cəzaçəkmə müəssisələrində saxlanma şəraiti həyat üçün təhlükəli olaraq qalır.

Əsas problemlər qida çatışmazlığı, kameraların həddən artıq dolu olmasıdır.
Bunun nəticəsində həyat üçün təhlükəli viruslar yayılır.
Ədliyyə Nazirliyi bildirir ki, 2010-cu ildə həbsxanalarda vərəmdən ölənlərin sayı ciddi şəkildə azalıb. Amma hesabata görə, vərəm yenə də ölümlərin əsas səbəbidir.

Telefon və internetə nəzarət

ABŞ Dövlət Departamentinin hesabatında qeyd edilir ki, bir çoxları Azərbaycanda Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin telefon və internet kommunikasiyalarını izlədiyinə inanır. Xüsusən də əcnəbilər, tanınmış siyasətçilər,
biznes adamları və beynəlxalq əlaqələri olan şəxslərin.

Hesabatda deyilir ki, ötən il satirik eqreb.con saytına da ölkə daxilində giriş qapanıb.

Mətbuat

Hesabatda qeyd edilir ki, Azərbaycanda söz azadlığının məhdudlaşdırılması problem olaraq qalır. Müxalif qəzetlər çap edilsə də, media monitorinqi ilə məşğul olan QHT-lərin rəqəmlərinə görə, keçən il jurnalistlər 100-dən çox fiziki və şifahi olaraq edilən təzyiqlə üzləşiblər.

Jurnalist Eynulla Fətullayev Bakı Appelyasiya Məhkəməsində - 25 yanvar 2011
Bu, 2009-cu illə müqayisədə 2 dəfə çoxdur.

Yeni Müsavat qəzetinin iki əməkdaşı jurnalist araşdırması üçün Bakı ətrafında nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən lüks villaların şəkilıərini çəkərkən naməlum şəxslər tərəfindən döyülüblər.

Xarici radiostansiyalar - Azadlıq, Amerikanın səsi və BBC radioları FM tezliyindən məhrum edildiyi üçün cəmiyyət elektron KİV-lər vasitəsilə tərəfsiz informasiya almaq imkanından məhrum olub.

Avropa İnsan Haqları Məhkəməsi jurnalist Eynulla Fətullayevin dərhal azadlığa buraxılması haqda qərar çıxarsa da, Azərbaycan hökuməti qərarı yerinə yetirməyib. Jurnalistə qarşı "narkotik saxlamaq"la bağlı yeni ittiham irəli sürülüb.

Hesabatda deyilir ki, bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları inanır ki, bu, E.Fətullayevin həbsini uzatmaq üçün edilib. 2005-ci ildə qətlə yetiril
iş jurnalist Elmar Hüseynovun qatillərinin cəzalandırılmaması ilə bağlı narahatlıqlar da qalır.

Siyasi məhbuslar...

Yerli hüquq müdafiə təşkilatları Azərbaycanda siyasi məhbusların olduğunu deyirlər. Amma onların göstərdiyi rəqəmlərdə fərqlər var. 2010-cu ildə siyasi məhbus adlandırılanlardan 11-14 arası şəxs azadlığa buraxılıb.

Azad edilənlərin 6-ı jurnalist, 2-si isə bloqçudur.Yerli hüquq müdafiə təşkilatları deyir ki, hələ də həbsdə 20-46 arası siyasi məhbus var.

Hesabatda deyilir ki, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev Azərbaycan-Gürcüstan sərhədində həbs edilib. Ona ölkəni tərk etməyə imkan verilməyib. Buna səbəb kimi onun məcburi hərbi xidmət borcunu yerinə yetirməməsi göstərilib.

Amma hüquq müdafiəçiləri güman edir ki, bu, siyasi motivli saxlanmadır və keçmiş namizədin fəaliyyəti və İnternetdə seçki saxtakarlığı ilə bağlı videolar yaymasına görədir.

Seçki və sərbəst toplaşmaq

Hesabatda qeyd edilir ki, 2010-cu ildə keçirilmiş parlament seçkiləri beynəlxalq müşahidəçilərin rəyinə görə Avropa standartlarına cavab verməyib.

Bundan başqa seçki qanunlarına düzəliş edilərək təbliğat müddəti də azaldılıb.
Müxalifət hakimiyyətin qoyduğu məhdudiyyətlərə görə icazəli kütləvi aksiya keçirə bilmir.İcazəsiz aksiyalara çıxanlar isə polis tərəfindən saxlanır.

ABŞ Dövlət Departamentinin hesabatında deyilir ki, sərbəst toplaşmaq, fikir və birləşmək azadlıqlarına qoyulan məhdudiyyətlər insanların öz hökumətlərin dinc seçkilər yoluyla dəyişmək imkanlarını ciddi şəkildə azaldır.

ISLAMTIMES - Julian Assange
wikileaks.az@mail.ru
Source : IslamTimes
Comment