0
Friday 23 June 2017 - 19:47

Qüds Günü Ərəbistan İsraillə bir cəbhədədir!!

Story Code : 648412
Qüds Günü Ərəbistan İsraillə bir cəbhədədir!!
İslam dünyasına, xüsusilə Fələstinə qarşı fitnəkarlıqda Səudiyyə Ərəbistanı və ya hər hansı başqa ərəb ölkəsinin İsrail ilə bir cəbhədə olması rüsvayçılıqdır. Müsəlman ölkələrinin Suriyaya qarşı birləşməsi də əslində İsrailin mənafelərinə xidmət edir. İmam Xomeyni işğalçı İsrail rejiminə qarşı Qüds Gününü təyin etməklə öz adını müqavimət tarixinə yazdı. Bu gün də İmam Xomeyninin ardıcılları Fələstin və Suriyanın müdafiəsində ön sıradadır. Bu il Qüds Günü   çox həssas dönəmə təsadüf edir.  Bir tərəfdən Balfur  müqaviləsinin 100 ili tamam olur. Digər tərəfdən, Amerikanın başçılığı altında ərəb-ionist cəbhəsi yaradılıb.   Terrorla mübarizə adı altında yaradılmış bu cəbhə əslində sionist rejimin maraqlarına xidmət edir, müsəlman qırğını ilə məşğuldur. /SizinYol/
Comment