0
Wednesday 13 April 2011 - 06:26

“Ermənistan təxribatçı addımlara son qoymalıdır”

Story Code : 64932
“Ermənistan təxribatçı addımlara son qoymalıdır”
“Ermənistan təxribatçı addımlara son qoymalıdır”
APA-nın Avropa bürosunun məlumatına görə, daha sonra Əhməd Davudoğlu parlamentarların bir sıra suallarını cavablandırıb. Azərbaycan nümayəndə heyətinin üzvü R. Hüseynov da Türkiyənin xarici işlər nazirinə ermənilərin işğal altındakı Azərbaycan ərazilərində hava limanı inşa etmək planlarına dair sual verib.

R. Hüseynovun “Müxtəlif xarici qüvvələr vasitəsilə Azərbaycan ərazilərinin 20%-ni işğal etmiş və son 20 il ərzində bu torpaqları nəzarəti altında saxlayan Ermənistan Avropa Şurası qarşısında götürdüyü öhdəliyin ziddinə olaraq məsələnin diplomatik vasitələrlə, sülh yolu ilə həllinə hər cür maneələr törətməkdə davam edir. Danışıqlar və nizamlanma prosesinə təcavüzkar Ermənistanın növbəti zərbəsi işğal altındakı ərazidə hava imanı inşa etmək və Yerevan – Xankəndi reysi açmaqdır. Dağlıq Qarabağ Azərbaycanın mərkəzində yerləşən ərazidir və Ermənistandan ora uçuşlar Azərbaycanın hava məkanından həyata keçirilə bilər. Ermənistan bu təxribat xarakterli təşəbbüsü ilə səma sərhədlərinin icazəsiz olaraq xarici dövlət tərəfindən pozulduğu təqdirdə Azərbaycanı adekvat tədbirlər görməyə və güc tətbiq etməyə sövq edir. Nazirlər Komitəsi öz səlahiyyətləri çərçivəsində Ermənistanı bu təhlükəli hərəkətlərindən çəkindirmək üçün hansı qabaqlayıcı addımlar ata bilər” sualına Əhməd Davudoğlunun cavabı belə olub: “Əvvəlki çıxışlarımda da dediyim kimi, bu məsələ ümumiyyətlə Avropa Şurası Nazirlər Komitəsində müzakirə edilməyib. Əgər ehtiyac yaranarsa, əlbəttə ki, bu məsələni müzakirə edə bilərik. Hal-hazırda ATƏT-in Minsk qrupu bu işlə məşğuldur. Lakin mən buna Türkiyənin xarici işlər naziri qismində cavab verərək, qeyd etmək istəyirəm ki, belə təxribatçı hərəkətlər münaqişənin sülh yolu ilə həlli prosesini irəli apara bilməz. Azərbaycan və Ermənistan prezidentləri arasında aparılan sülh danışıqlarını sürətləndirməmiz üçün Ermənistanınbu kimi təxribatçı addımlarına son qoyulmalıdır”.
Comment