0
Monday 3 July 2017 - 15:20

İraq ordusu Mosulda 80-dək İŞİD-çi məhv etdi

Story Code : 650462
İraq ordusu Mosulda 80-dək İŞİD-çi məhv etdi
İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İraq hərbçiləri Mosulun qərb hissəsində ötən gün 24 saat ərzində azı 79 İŞİD terrorçusunu məhv edib. Bu haqda İraq Federal Polisinin komandanı Raid Şakir Cövdət məlumat verib.

Qeyd edək ki, şənbə günü Federal Polis hərbçiləri Bab Cədid, həmçinin Dəmir körpü, əl-Arbiyyə bazarının yerləşdiyi ərazi və əş-Şifa rayonunu İŞİD terror təşkilatından təmizləyib.

Cövdətin sözlərinə görə, həmçinin hərbçilər qaçqın görkəmi altında gizlənməyə cəhd etmiş terrorçuları da tuta bilib.

Komandan əlavə edib ki, İŞİD Mosulda tamamilə “darmadağın” edilib və hərbçilər yerdə qalan əraziləri “yaxın saatlarda” tutacaq.

Xatırladaq ki, ötən həftənin 4-cü günü ABŞ-ın başçılıq etdiyi koalisiyanın nümayəndəsi Rayan Dilon bildirib ki, Mosulun tam azad edilməsi haqda bir neçə gün ərzində elan ediləcək.

Qeyd edək ki, İraq hərbçiləri 2016-cı ilin oktyabr ayından bəri Mosul şəhərinin azad edilməsi uğrunda əməliyyat keçirir. Beynəlxalq koalisiya da əməliyyata dəstək verir.
Source : Islamazeri
Comment