0
Tuesday 4 July 2017 - 17:42

Türkiyə yenidən Suriyaya hücum edir: "Fərat Qılıncı" əməliyyatı başlayır

Story Code : 650765
Türkiyə yenidən Suriyaya hücum edir: "Fərat Qılıncı" əməliyyatı başlayır
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Türkiyə və Rusiya nümayəndə heyətləri arasında keçirilən görüşdə PYD terror təşkilatının nəzarətində olan Afrinə keçiriləcək əməliyyatın təfərrüatları danışılıb.

Rusiyada nəşr edilən "Svobodnaya Pressa"nın yazarıarından Anton Mardasov bu görüşü dəyərləndirib. Mardasov yazısında Türkiyənin hazırlığını apardığı əməliyyata dair məlumatları da qeyd edib.

PYD-nin ABŞ-la daha da yaxınlaşmasından sonra Rusiyanın Afrindən uzaqlaşma qərarı aldığını yazan Anton Mardasov Türkiyənin başladacağı əməliyyata Rusiyanın da dəstək olacağını ifadə edib.

Fərat Qılıncı əməliyyatı

Türkiyənin başlayacağı əməliyyatın "Fərat Qılıncı" adını alacağını söyləyən rus yazar 70 gün davam edəcək əməliyyatda bölgədəki 41 PYD hədəfinin məhv edilməsinin planlaşdırıldığını bildirib.

Belə bir iddia da "Türkiyə" qəzetindən gəlib. Ərdoğanın daha əvvəl Afrinə əməliyyat siqnalı verən açıqlamalarının ardınca "Türkiyə" qəzetində məsələ ilə bağlı bir xəbər yer almışdı.

"4 tərəfdən Afrinə" başlığı ilə verilən xəbərdə, əməliyyatda 7 min Türkiyə əsgərinin və 13 min ASO üzvünün iştirak edəcəyi iddia edilib.

Xəbərdə Türkiyənin əməliyyat üçün Rusiya ilə razılaşdığı da iddia edilib.

Xəbərdə əməliyyatın 2 ay davam etməsinin gözlənildiyi qeyd olunub.

Suriyanın şimalında yerləşən Afrin Türkiyənin terror təşkilatı olaraq gördüyü YPG-nin nəzarətindədir.

Dünən Afrin vuruldu

Digər tərəfdən, dünən Türkiyənin Suriya sərhəddə yerləşən Kilisşəhərində axşam saatlarında sərhəd qoşunlarında yerləşən "Fırtına" mərmi topları və çoxlüləli minaatanlarla (ÇNRA) Suriyanın Hələb əyalətinin Afrin şəhərindəki PKK-nın Suriya qolu olan YPG ilə PYD mövqeləri 20-yə yaxın atış həyata keçirilib.
Source : Islamazeri
Comment