0
Saturday 8 July 2017 - 17:25

Ayətullah Amili: Məktəblərdə Quran mədəniyyətinə rəvac verilməsi ictimai ziyanları azaldır

Story Code : 651795
Ayətullah Amili: Məktəblərdə Quran mədəniyyətinə rəvac verilməsi ictimai ziyanları azaldır
Ayətullah Seyid Həsən Amili dünən Ərdəbilin təlim-tərbiyə idarəsinin müdiri ilə görüşündə deyib: “Ölkə üzrə keçirilən Quran yarışlarına Ərdəbilin evsahibliyi etməsi əyalətimiz üçün əlverişli imkanlar yaratdı. Bu imkanlardan yetərincə faydalanmaq lazımdır ki, daha yaxşı mənəvi imkanlar əldə edə bilək”.
İmam cümə əlavə edib: “Ölkə üzrə keçirilən yarışlarda Ərdəbilin öhdəsinə çox həssas və mühüm vəzifə düşür. Məsullar bu məsələni tamamilə diqqətdə saxlamalıdır. Bu vəzifənin yerinə yetirilməsində heç nəyi əsirgəməməliyik ki, yaxın gələcəkdə məktəblilər arasında Quran mədəniyyətinin genişlənməsinə nail ola bilək”.
Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi görüşün davamında deyib: “Məktəblərdə Quran mədəniyyətinə rəvac verilməsi ictimai ziyanların azalmasına səbəb olur, ailələr arasında mənəvi bağlılıq yaradır”.
Ayətullah Amili həmçinin vurğulayıb ki, Ərdəbil əyalətinin şiə caməsində böyük mövqei vardır və bu mövqe həmişə qorunmalıdır./qafqaz.ir/az/
Related Stories
Comment