0
Saturday 8 July 2017 - 17:32

Şeyx Zəkzəkinin Nigeriya ordusuna qarşı qaldırdığı təzminat iddiasını məhkəmə rədd etdi

Story Code : 651800
Şeyx Zəkzəkinin Nigeriya ordusuna qarşı qaldırdığı təzminat iddiasını məhkəmə rədd etdi
Deyerler.org Deyli Trasta istinadən xəbər verir ki, Nigeriya İslami Hərəkatının baş katibi Şeyx İbrahim Yəqubi Zəkzəkinin vəkili Harun Maqaşi, məhkəmənin Şeyx Zəkzəkinin iddia ərizəsini qəbul etmədiyini söyləyib. Maqaşi Abucadakı Federal Məhkəmə və Kaduna ştatındakı məhkəmə işlərinin əsasən fərqli olduğunu qeyd edib.

Nigeriya ordusunun vəkili isə Şeyx Zəkzəkinin oxşar bir iddianı federal məhkəmədə qaldırdığı üçün bu məhkəmənin ittihamı rədd etdiyini açıqlayıb.

Verilən xəbərə əsasən, Şeyx Zəkzəki 2015-ci ildə Nigeriya müsəlmanlarına qarşı törədilən cinayətlə bağlı 5.6 milyon dollar təzminat üçün məhkəmədə iddia qaldırmışdır.

Bu hücumda Şeyx Zəkzəkinin üç oğlu daxil olmaqla, Nigeriya müsəlmanlarından 350 nəfər şəhid olmuş və Şeyx Zəkzəkinin özü və xanımı Zinət İbrahim ağır yaralı vəziyyətdə həbs edilmişdir.

Nigeriya İslami Hərəkatının baş katibi 14 dekabr 2015-ci il tarixindən etibarən Nigeriya hökuməti tərəfindən həbsxanada saxlanılır. Federal Məhkəmə Şeyx Zəkzəki və xanımının azadlığa buraxılması üçün qərar çıxarmasına baxmayaraq, hökumət bu qərarı icra etməkdən boyun qaçırır.
Source : Deyerler
Comment