0
Friday 15 April 2011 - 08:57

Polis qardaşlar!

Story Code : 65411
Polis qardaşlar!
Polis qardaşlar!
İnzibati qaydada bir neçə sutka həbsdə saxlanılanlardan üçü - “Demokratiyanın Müdafiəsinə Kömək” Ictimai Birliyinin rəhbəri Vidadi İsgəndərli, Müsavat partiyası başqanının müavini Tofiq Yaqublu və partiyanın Məclis üzvü Mustafa Hacıbəyli dünən mətbuat konfransı keçirərək, başlarına gətirilənləri mediaya açıqlayıblar – yazır Azadlıq. Mətbuat konfransında Vidadi İsgəndərli həmkarı, İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudovu ittiham edib: “Mən ona bizə verilən işgəncələrlə bağlı yazılı müraciətimi çatdırmaq istədim. Dedi ki, bu polislər qardaşlardır, qoy hamıya baş çəkim, sonra sizə baş çəkərəm. Bir də xəbər tutdum ki, artıq Elçin Behbudov çıxıb gedib”.V.İsgəndərlinin ittihamıyla bağlı Elçin Behbudovun da fikirlərini öyrəndik. Hüquq müdafiəçisi “Azadlıq”a açıqlamasında V.İsgəndərlinin söylədiklərinin yalan olduğunu bildirdi: “Vidadinin dedikləri tamamilə yalandır. Nəsimi Rayon Polis Idarəsində olanda dedi ki, şəkərim var, dərman verilmir. Mən də onun şikayətini qaldırdım ki, niyə dərman verilmir. ”Polis qardaşdır" - mən belə ifadə işlətməmişəm. Ancaq desəm belə, bu ifadədə qəbahət heç nə yoxdur. Polis də Azərbaycan xalqının bir övladıdır. Polisin qardaş olduğunu öncə Vidadi İsgəndərli deməlidir. Axı o vaxtilə prokurorluqda işləyib və polisə nəzarət edib..." /HaqqYolu/

Related Stories
Comment