0
Tuesday 8 August 2017 - 19:42

İran: Dünya ABŞ-ın xəyanəti və namərdliyinə göz yummayacaq!

Story Code : 659602
İran: Dünya ABŞ-ın xəyanəti və namərdliyinə göz yummayacaq!
İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasemi Hərtərəfli Birgə Fəaliyyət Planını (HBFP) “beynəlxalq pakt” kimi səciyyələndirib və qeyd edib ki, “əgər ABŞ öz əhdinə vəfasızlıq etsə, dünya buna sakit qalmayacaq”.

Rəsmi Tehranın nüvə üzrə əldə edilmiş HBFP-na sadiq qalacağına və Avropanın da bunu bilməsinə işarə edən diplomat əlavə edib:

“Avropa bu gün fərqli kurs üzrə hərəkət edir. Avropalıların tutduğu yol isə ABŞ-ın eqoizm dolu siyasəti ilə ziddiyət təşkil. İranla aparılan nüvə danışıqlarının təşəbbüskarı avropalıların özləri olduğu üçün, onlar da bu sazişə sonadək və tam şəkildə əməl olunmasını arzu edirlər.”

Qasemi bəyan edib ki, avropalılar, nüvə sazişini açıq şəkildə sabotaj edən ABŞ-dan uzaqlaşmaq istəyirlər.

İran XİN-in rəsmi nümayəndəsi ABŞ-ın son anti-İran hərəkətlərini şərh edərək, bildirib:

“İran İslam Respublikası ABŞ-ın hərəkətlərini diqqətlə izləyir və Donald Tramp administrasiyasına HBFP-nı İranın əli ilə pozmağa imkan verməyəcək.”
Source : İslamazeri
Comment