0
Sunday 27 August 2017 - 10:12

DƏHŞƏT - İmam Zaman məscidində şiə qadınların başı kəsildi (Təfərrüat)

Story Code : 664619
DƏHŞƏT - İmam Zaman məscidində şiə qadınların başı kəsildi (Təfərrüat)
"IslamTimes" xarici KİV-ə istinadən xəbər verir ki, cümə günü Əfqanıstanın Kabul şəhərindəki İmam Zaman məscidinə hücumla bağlı dəhşətli məqamlar üzə çıxıb. Belə ki, məscidin xidmətçilərindən biri KİV-ə həmin an nə baş verdiyi ilə bağlı danışarkən, ağlayaraq belə deyib:
"Məscidin qarşısında dayanan Toyoto Hilux markalı avtomobildən 4 nəfər endi. Onlar əl qumbarası ilə məscidin qapısında dayanmış iki mühafizəçini qətlə yetirdikdən sonra iki terrorist məscidin qadınlar ibadət edən yuxarı mərtəbəsinə, ikisi isə kişilərin olduğu hissəsinə daxil oldu. Əllərindəki silahla körpə, yaşlılara rəhm etmədən hər kəsi güllə baran etdilər. Bəziləri məscidin digər qapılarından çıxaraq canlarını qurtardı. Amma qadınlar olan mərtəbədə dəhşətli hadisələr baş verdi. Terrorçuların güllələri bitdikdən sonra bıçaqlarını çəkərək namaz üçün məscidə gəlmiş müsəlman xanımların başını kəsdi. Bütün məscid qana qərq olmuşdu."
Comment