0
Saturday 2 September 2017 - 12:16

Hakimiyyət bizi indi Afrikaya həsəd aparmağa məcbur edir

Story Code : 666053
Hakimiyyət bizi indi Afrikaya həsəd aparmağa məcbur edir
“Eh, yazıq Vətən! Sənə necə qıydılar? Etiraf edin ki, Keniyada (Afrika) prezident seçkilərindən sonra müxalifətin namizədi Rail Odinqa saxtakarlığın miqyasına işarə edərək, “belə kütləvi saxtakarlıq ancaq Azərbaycanda ola bilərdi” deyəndə xətrinizə dəymişdi. Ürəyinizdən keçmişdi ki, gör bu Odinqa bizə nə deyir. Bizə, o millətə ki, təkcə islam aləmində deyil, bütün Şərq dünyasında ilk demokratik respublikanı qurmuşuq, ilk opera, qadınlara seçki hüququ… qalanını da hamınız bilirsiniz.

Təəssüf ki, bu şərəfli keçmiş keçmişdə də qalıb. 25 yaşlı dövlətimizi 24 illik əsarətdən sonra acgöz rejim elə hala salıb ki, Odinqa nə desə haqq edir. Zatən, Odinqa haqlı çıxdı. Onun ölkəsi bu miqyaslı saxtakarlığı qəbul etmədi, Ali Məhkəmə seçkilərin nəticəsini ləğv edib, yeni seçki təyin etdi. Bayram günlərində boş vaxtınız çox olacaq. Ölkəmizin haradan haraya gətirildiyini də bir düşünün.”
Source : Nur-az.com
Comment